- Fransa L.1
- 01:05 06.08.2026
Yoldaşlıq görüşündə İspaniyanın "Malyorka" klubu Fransa nəhəngi PSJ ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə,İspaniya təmsilçisi doğma meydanda keçirdiyi matçda Paris klubunu 3:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesabı 21-ci dəqiqədə "Malyorka"nın yarımmüdafiəçisi Zitu Luvumbo açıb. 40-cı dəqiqədə hücumçu Xan Virxili komandasının üstünlüyünü iki topa çatdırıb.
İkinci hissənin əvvəlində – 51-ci dəqiqədə Antonio Raylo PSJ-nin qapısına üçüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib.
Xatırladaq ki, PSJ 2025/2026 mövsümündə Fransa Liqa 1-in qalibi olub. Paris klubu 34 oyunda 76 xal toplayaraq çempionluğu təmin edib. UEFA Çempionlar Liqasında isə PSJ finalda İngiltərənin "Arsenal" klubunu məğlub edərək turnirin qalibi olub (1:1, penaltilər seriyası – 4:3).
"Malyorka" isə ötən mövsüm İspaniya La Liqasını 18-ci pillədə başa vuraraq elitadan düşüb. Komanda 38 oyunda 42 xal toplayıb. La Liqanın 2025/2026 mövsümündə çempionluğu isə 94 xalla "Barselona" qazanıb.