6 may 2026. Çərşənbə

Fransa əsgər salamının qarşını almaq istədi


Fransa əsgər salamının qarşını almaq istədi

“Avro-2020”nin Fransa – Türkiyə matçında (1:1) qonaq komanda futbolçularının vurduğu qoldan sonra Suriiyada hərbi əməliyyat keçirən türk ordusuna dəstək üçün verdiyi əsgər salamı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Corner.az “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, daha əvvəl Albaniya ilə matçda da bu hal yaşandığından Fransa tərəfi bunun Parisdəki görüşdə təkrarlanmaması üçün müxtəlif cəhdlər edib. Bildirilir ki, Fransa Xarici İşlər Nazirliyi oyundan öncə Türkiyə səfirinə müraciət edərək qol olarsa, futbolçuların əsgər salamı verməsinin qarşısının alınmasını istəyib. Amma Türkiyənin idman naziri və futbol federasiyasının prezidentinin səfir vasitəsi ilə cavabı belə olub: “Biz baş məşqçi Şenol Günəş və futbolçulardan belə şey tələb edə bilmərik. Onlar necə istəsələr, elə də sevinə bilərlər”.

Başqa bir xəbərə görə, Fransanın rəsmi qurumlarından fərqli olaraq, milli komandanın baş məşqçisi Didye Deşam türklərə münasibətdə özünü centlmensayağı aparıb. Matçdan sonra o, Türkiyə millisinin paltardəyişmə otağına gedərək Şenol Günəşi təbrik edib və onun əla bir komandası olduğunu söyləyib.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu