12 avqust 2026. Çərşənbə

Luis Enrike Barkolanın “Liverpul”a keçidi ilə bağlı danışmaqdan imtina edib


Luis Enrike Barkolanın “Liverpul”a keçidi ilə bağlı danışmaqdan imtina edib

Mətbuatda PSJ-nin hücumçusu Bredli Barkolanın artıq “Liverpul”la müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumatlar yayılıb.

90deqiqe.Az-ın məlumatına görə, PSJ-nin baş məşqçisi Luis Enrike keçirdiyi mətbuat konfransında fransalı klubun futbolçusunun mümkün transferi ilə bağlı açıqlama verməyib.

“Bilmirəm və ayrı-ayrı futbolçular haqqında danışmaq istəmirəm. Bir oyunçu ilə bağlı müsbət və ya mənfi nəsə deməyiniz istəniləndə bu, hər zaman təhlükəlidir. Mən öz komandama fokuslanmışam”, - deyə Enrike bildirib.

Qeyd edək ki, PSJ avqustun 12-də UEFA Superkubokunun finalında “Aston Villa” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi