12 avqust 2026. Çərşənbə

Luis Enrike PSJ-nin heyət problemi barədə danışdı


Luis Enrike PSJ-nin heyət problemi barədə danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Superkubokunun finalı ərəfəsində komandanın hazırlığı ilə bağlı problemlərdən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "Goal" nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Məndə oyunçu yoxdur. Bəziləri bazar ertəsi, digərləri isə ötən həftə komandaya qoşulublar. Mümkün qədər yaxşı hazırlaşmağa çalışırıq, lakin futbolçularımızın hansı fiziki formada olacağını bilmirəm”

Bununla belə, mütəxəssis PSJ-nin UEFA Superkubokunda qələbə qazanmaq əzmində olduğunu vurğulayıb.

“Mövsümə final oyunu ilə başlamağınız o deməkdir ki, ötən mövsüm yaxşı iş görmüsünüz. Məqsədimiz mümkün olan ən yüksək səviyyəmizi nümayiş etdirməkdir. Əlbəttə, Superkuboku yenidən qazanmaq istəyirik”, - deyə Enrikenin sözlərini “Goal” yayıb.

Qeyd edək ki, PSJ ötən il UEFA Superkubokunda “Tottenhem”i məğlub edib.







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi