12 avqust 2026. Çərşənbə

“Monako” Pol Poqba ilə yollarını ayırır


“Monako” Pol Poqba ilə yollarını ayırır

Fransalı yarımmüdafiəçi Pol Poqba “Monako”da karyerasını yenidən canlandıra bilməyib.

90deqiqe.Az-ın “Nice-Matin”ə istinadən məlumatına görə, 33 yaşlı futbolçu ilə bağlı qərar onun son zədəsindən əvvəl qəbul edilib. Belə ki, “Monako” bir neçə həftə əvvəl Poqbanı müqaviləyə xitam vermək niyyəti barədə məlumatlandırıb.

Monako təmsilçisi transfer pəncərəsi bağlanana qədər fransalı futbolçu ilə müqavilənin qarşılıqlı şəkildə ləğvi ilə bağlı maliyyə şərtləri üzrə razılığa gəlməyə çalışır.

Bildirilir ki, Poqbaya müqavilənin vaxtından əvvəl dayandırılmasına görə müəyyən məbləğ ödənilməsi mümkündür. Bununla belə, futbolçunun hazırkı maaşının karyerasının ən uğurlu dönəmlərində aldığı məvaciblə müqayisədə kifayət qədər aşağı olduğu qeyd edilir.

Poqbanın “Monako”dakı karyerasına növbəti zədə də ciddi zərbə vurub. Bir vaxtlar dünya futbolunun ulduzlarından biri hesab olunan yarımmüdafiəçi son illərdə ardıcıl problemlərlə üzləşib.

Qeyd edək ki, Pol Poqba 2023-cü ilin payızından 2025-ci ilin yazına qədər dopinqə görə diskvalifikasiya olunub.







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi