15 avqust 2026. Şənbə

Luis Enrike Ferran Torres transferindən danışdı


Luis Enrike Ferran Torres transferindən danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”dan transfer edilən Ferran Torres barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis 26 yaşlı hücumçunun Paris klubuna keçidini yüksək qiymətləndirib.

“Ferran Torresin komandamıza qoşulmasından məmnunam. O, yüksək səviyyəli futbolçudur. Onu çox yaxşı tanıyırıq. Ferran bizim tələblərimizə uyğunlaşacaq və hücumun istənilən mövqeyində oynamaq imkanına malikdir. Onun transferi bizim üçün əla xəbərdir”, – deyə Luis Enrike bildirib.

Qeyd edək ki, PSJ avqustun 15-də Ferran Torreslə uzunmüddətli müqavilə imzaladığını rəsmən açıqlayıb. Mətbuatda yayılan xəbərlərə görə, Paris təmsilçisi futbolçunun transferi üçün “Barselona”ya təxminən 50 milyon avro ödəyib.

Xatırladaq ki, Luis Enrike daha əvvəl İspaniya millisində Ferran Torreslə birlikdə çalışıb.







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi