17 avqust 2026. Bazar ertəsi

“Lans” Superkubokda PSJ-ni məğlub edib


“Lans” Superkubokda PSJ-ni məğlub edib

Fransa Superkubokunun 2026-cı il finalında “Lans” və PSJ komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Bollar-Delelis” stadionunda keçirilən qarşılaşma “Lans”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol 32-ci dəqiqədə vurulub. “Lans”ın yarımmüdafiəçisi Florian Toven fərqlənərək komandasına kubok qazandırıb.

Qarşılaşmada hər iki komanda azlıqda qalıb. “Lans”ın müdafiəçisi Kilian Antonio 39-cu dəqiqədə kobud müdaxiləyə görə qırmızı vərəqə alıb. PSJ-nin müdafiəçisi Nuno Mendeş isə 86-cı dəqiqədə rəqib futbolçuya əl hərəkəti etdiyi üçün meydandan qovulub.

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov matça start heyətində başlayıb və qarşılaşmanı tam keçirib. O, bir qol buraxıb.

Qeyd edək ki, ötən mövsüm PSJ Fransa çempionu olub. Luis Enrikenin komandası 34 turdan sonra 76 xal toplayıb. “Lans” isə 70 xalla ikinci pillədə qərarlaşıb. Eyni zamanda, “Lans” Fransa Kubokunun qalibi olub. Komanda finalda “Nitsa”nı 3:1 hesabı ilə məğlub edib.







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi