20 avqust 2026. Cümə axşamı

PSJ “Renn”lə oyunu təxirə salındı - Matç başqa stadionda keçiriləcək


PSJ “Renn”lə oyunu təxirə salındı  - Matç başqa stadionda keçiriləcək

Fransanın PSJ klubu avqustun 23-də Liqa 1-in 2-ci turunda “Renn”i qəbul edə bilməyəcək.

 90deqiqe.Az-ın məlumatına görə, buna səbəb Parisdəki “Park de Prens” stadionunun ot örtüyünün yüksək temperatur səbəbindən yararsız vəziyyətə düşməsidir.

Aparılan yoxlamadan sonra meydançanın hazırkı vəziyyətində futbol oynamağın təhlükəli olduğu müəyyənləşib.

Peşəkar Futbol Liqası və klubların razılığı əsasında qarşılaşmanın “Renn”in ev stadionunda keçirilməsi qərara alınıb. PSJ baş verənlərlə bağlı azarkeşlərindən üzr istəyib.

Paris klubu növbəti ev oyunlarında problem yaşanmaması üçün stadionun ot örtüyünün dəyişdirilməsi ilə bağlı artıq qərar qəbul edib.

Qeyd edək ki, PSJ Fransanın son çempionudur. 2026/27 mövsümündə Luis Enrikenin rəhbərlik etdiyi komanda artıq iki rəsmi matç keçirib. Paris təmsilçisi UEFA Superkubokunu qazansa da, Fransa Superkubokunda məğlub olub.







Fransa L.1

“Həmişə minnətdar olacağam”
  • Fransa L.1
  • 00:50 20.08.2026
“Həmişə minnətdar olacağam”