20 avqust 2026. Cümə axşamı

PSJ-nin müdafiəçisi 3 oyunluq cəzalandırıldı


PSJ-nin müdafiəçisi 3 oyunluq cəzalandırıldı

PSJ-nin müdafiəçisi Nuno Mendeş intizam komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya edilib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Portuqaliyalı futbolçu Fransa Superkubokunda “Lans”la qarşılaşmada meydandan qovulub. Mendeş rəqib futbolçunun üzünə dirsəklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, PSJ sözügedən matçda “Lans”a 0:1 hesabı ilə uduzaraq Fransa Superkubokunu qazana bilməyib. Paris təmsilçisi bundan əvvəl isə UEFA Superkubokunun sahibi olub.

PSJ Fransa çempionatının ilk turunda “Renn”lə qarşılaşacaq. Avqustun 23-də keçiriləcək matçda Nuno Mendeş komandasına kömək edə bilməyəcək.







Fransa L.1

“Həmişə minnətdar olacağam”
  • Fransa L.1
  • 00:50 20.08.2026
“Həmişə minnətdar olacağam”