- Fransa L.1
- 00:50 20.08.2026
Fransanın “Monako” klubu futbolçusu Pol Poqba ilə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2027-ci ilin iyununa qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
“Monako” 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olmuş 33 yaşlı yarımmüdafiəçiyə komandada olduğu müddətdə göstərdiyi peşəkarlığa və etimada görə təşəkkür edib.
Qeyd edək ki, Pol Poqba 2025-ci ilin yayında “Monako”ya transfer olunmuşdu. O, ötən mövsüm cəmi 6 oyunda meydana çıxıb və bu matçlarda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.