20 avqust 2026. Cümə axşamı

“Həmişə minnətdar olacağam”


“Həmişə minnətdar olacağam”

Fransalı yarımmüdafiəçi Pol Poqba “Monako” ilə müqaviləsinə xitam verildikdən sonra sosial şəbəkə hesabında paylaşım edib.

90deqiqe.Az xəbər verir ki, 33 yaşlı futbolçu keçmiş klubuna təşəkkürünü bildirib.

““Monako”ya təşəkkür edirəm. Prezidentə, əməkdaşlara, futbolçulara və azarkeşlərə ilk gündən son günə qədər göstərdiyiniz etimad və dəstəyə görə minnətdaram.

Bu yol mənim təsəvvür etdiyim kimi olmadı, amma məhz burada yenidən meydana qayıtdım. Buna görə hər zaman minnətdar olacağam. “Monako” həmişə qəlbimdə xüsusi yer tutacaq”, - deyə Poqba yazıb.

Qeyd edək ki, Pol Poqba dopinqə görə diskvalifikasiya olunduqdan sonra karyerasını “Monako”da yenidən dirçəltməyə çalışıb.

Lakin 33 yaşlı yarımmüdafiəçinin planlarına tez-tez yaşadığı zədələr mane olub. O, ötən mövsüm Monako təmsilçisinin heyətində 6 oyunda cəmi 115 dəqiqə meydanda olub.







Fransa L.1

“Həmişə minnətdar olacağam”
  • Fransa L.1
  • 00:50 20.08.2026
“Həmişə minnətdar olacağam”