- Fransa L.1
- 00:51 23.08.2026
Fransa Liqa 1-də 2026/27 mövsümünün ilk turunda “Tuluza” doğma meydanda “Lion”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədə “Tuluza”nın qol imkanları olsa da, meydan sahibləri üstünlüklərini hesabda əks etdirə bilməyiblər.
Fasilədən sonra “Lion” hücumda daha fəal olub. Görüşün 68-ci dəqiqəsində hesab açılıb. Noy Narti komandasını önə keçirib. Qolun ötürməsini Pavel Şults verib.
85-ci dəqiqədə “Lion” ikinci dəfə fərqlənərək matçda son nöqtəni qoyub. Korenten Tolissoyun ötürməsindən sonra Malik Fofana “Tuluza”nın qapısına yol tapıb.
Beləliklə, “Lion” mövsümə səfərdə 3 xallıq qələbə ilə başlayıb.