24 avqust 2026. Bazar ertəsi

PSJ səfərdə “Renn”lə heç-heçə etdi


PSJ səfərdə “Renn”lə heç-heçə etdi

Fransa Liqa 1-in ilk turunda “Renn” doğma meydanda PSJ-ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Roazon Park” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Matçın baş hakimi Bastien Deşepi olub.

“Renn” artıq 9-cu dəqiqədə hesabı açıb. Meydan sahiblərinin yarımmüdafiəçisi Sebastian Şimanski fərqlənərək komandasını önə keçirib. 38-ci dəqiqədə Esteban Lepol “Renn”in üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə PSJ geri dönüş etməyi bacarıb. Paris təmsilçisinin futbolçusu Ferran Torres 71-ci dəqiqədə fərqi azaldıb. İspaniyalı hücumçu 86-cı dəqiqədə daha bir dəfə fərqlənərək dubl edib və matçda son nöqtəni qoyub – 2:2.

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov qarşılaşmaya start heyətində başlayıb, matçı tam keçirib və qapısında 2 qol görüb.

Qeyd edək ki, PSJ ötən mövsüm Fransa çempionatını 34 oyunda topladığı 76 xalla lider kimi başa vurub. “Renn” isə 59 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

PSJ növbəti turda avqustun 28-də səfərdə “Lill”lə qarşılaşacaq. “Renn” isə avqustun 30-da doğma meydanda “Le-Man”ı qəbul edəcək.







Fransa L.1

“Həmişə minnətdar olacağam”
  • Fransa L.1
  • 00:50 20.08.2026
“Həmişə minnətdar olacağam”