- Fransa L.1
- 23:15 27.08.2026
İtaliyalı mütəxəssis Davide Ançelotti Braziliyanın “Botafoqo” klubundakı uğursuzluqdan sonra “Lill”də özünü göstərməyə çalışır.
90deqiqe.Az xəbər verir ki, Ançelotti komandanın futbolçularından birini məşqlərdən kənarlaşdırmaqla bağlı sərt qərar qəbul edib.
Söhbət 20 yaşlı Matius Fernandes-Pardodan gedir. Gənc futbolçu transfer pəncərəsinin sonuna qədər komandanın məşqlərində iştirak etməyəcək.
“Transfer pəncərəsi başa çatana qədər o, məşqlərdə iştirak etməyəcək. Bu qərar klubla razılaşdırılıb. Onun komandaya qayıtmasını və vəziyyətin həll olunmasını gözləyəcəyik”, - deyə Ançelotti bildirib.
Qeyd edək ki, növbəti turda “Lill” PSJ ilə qarşılaşacaq.