- Fransa L.1
- 00:49 29.08.2026
Fransanın PSJ klubu 150 min avro məbləğində cərimələnib.
90deqiqe.Az-ın məlumatına görə, buna səbəb Paris təmsilçisinin Fransa çempionatının ilk turunda “Renn”lə matçı təxirə salmaq məcburiyyətində qalmasıdır. Avqustun 23-də keçirilməli olan qarşılaşmadan əvvəl “Park de Prens” stadionunun ot örtüyünün müəyyən edilmiş standartlara cavab vermədiyi müəyyənləşib.
Bundan sonra Fransa Liqasının rəhbərliyi PSJ-ni cərimələmək qərarına gəlib. Qərar cümə günü axşam açıqlanıb.
Tərəflər sonda qarşılaşmanı keçirə biliblər. Lakin matç PSJ-nin ev meydanında deyil, “Renn”in stadionunda baş tutub.
Qeyd edək ki, oyunun ilk hissəsində iki qol buraxan PSJ məğlubiyyətdən yaxa qurtarmaq üçün matçın ikinci yarısında ciddi səy göstərməli olub.