30 avqust 2026. Bazar günü

“Troy” səfərdə qalib gəldi, “Brest” “Tuluza” ilə heç-heçə etdi


“Troy” səfərdə qalib gəldi, “Brest” “Tuluza” ilə heç-heçə etdi

Fransa Liqa 1-də II turun növbəti oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Loryan” doğma meydanda “Troy”a 1:2 hesabı ilə məğlub olub.

Qonaqlar 29-cu dəqiqədə Reno Rieparın qolu ilə hesabı açıblar. Lukas Maronye isə az sonra “Troy”un üstünlüyünü iki topa çatdırıb.

“Loryan” ikinci hissədə fərqi azaltmağa nail olub. 51-ci dəqiqədə Jan-Viktor Makenqo meydan sahiblərinin ilk qolunu vurub. Lakin “Loryan” qalan dəqiqələrdə hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, “Troy” mövsümün ilk iki turunda 4 xal toplayıb. “Loryan”ın aktivində isə 1 xal var.

Günün digər qarşılaşmasında “Brest” “Tuluza” ilə üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qonaqlar 12-ci dəqiqədə Ceysen Rassell-Rounun qolu ilə önə keçiblər. “Brest” 18-ci dəqiqədə Kamori Dumbianın qolu ilə hesabı bərabərləşdirib.

“Tuluza” 62-ci dəqiqədə yenidən hesabda önə çıxıb. Lakin meydan sahibləri son dəqiqələrdə məğlubiyyətdən qaçmağı bacarıblar. Lyudovik Ajork 90+5-ci dəqiqədə dəqiq zərbə ilə “Brest”ə bir xal qazandırıb.

Bu nəticədən sonra “Tuluza” mövsümdə ilk xalını əldə edib. “Brest” isə iki turdan sonra 2 xala malikdir.







Fransa L.1

“Həmişə minnətdar olacağam”
  • Fransa L.1
  • 00:50 20.08.2026
“Həmişə minnətdar olacağam”