30 avqust 2026. Bazar günü

“Lion” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu


“Lion” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Fransa Liqa 1-də II turun növbəti qarşılaşması keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Lion” doğma meydanda “Havr”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüş 1:1 hesabı ilə başa çatıb.

İlk hissədə hər iki komanda hücumlar təşkil etsə də, real qol imkanları yaratmaqda çətinlik çəkib və fasiləyə qolsuz bərabərliklə yollanıb.

Hesab 74-cü dəqiqədə açılıb. Fode Dukurun ötürməsindən sonra Mbuana Samatta “Lion”un qapısına yol taparaq “Havr”ı önə keçirib.

Meydan sahibləri 87-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Lua Openda fərqlənərək komandasına bir xal qazandırıb.

“Havr” qarşılaşmanın sonlarında qələbə qolunu vurmağa yaxın olsa da, Sota Nakamuranın qolu hakim tərəfindən ləğv edilib.

Beləliklə, “Lion” iki turdan sonra 4 xal toplayıb. “Havr”ın aktivində isə 1 xal var.







Fransa L.1

“Həmişə minnətdar olacağam”
  • Fransa L.1
  • 00:50 20.08.2026
“Həmişə minnətdar olacağam”