15 oktyabr 2026. Cümə axşamı

“Monako” “Marsel”i məğlub etdi


“Monako” “Marsel”i məğlub etdi

Fransa Liqa 1-in II turunda “Monako” doğma meydanda “Marsel”i qəbul edib.

 90deqiqe.Az-ın məlumatına görə, “Lui II” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Görüşün baş hakimi Villi Delajo olub.

“Monako” 13-cü dəqiqədə hesabı açıb. Brunner 54-cü dəqiqədə daha bir dəfə fərqlənərək dublunu rəsmiləşdirib və matçın yekun hesabını müəyyənləşdirib – 2:0.

Qeyd edək ki, Fransa çempionatının I turunda “Monako” səfərdə “Havr”ı 1:0 hesabı ilə məğlub edib. “Marsel” isə doğma meydanda “Strasburq”u 4:0 hesabı ilə darmadağın edib.

Beləliklə, “Monako” iki turdan sonra 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

Çempionatın III turunda “Monako” sentyabrın 4-də səfərdə PSJ ilə qarşılaşacaq. “Marsel” isə sentyabrın 6-da doğma meydanda “Paris”i qəbul edəcək.







Fransa L.1

PSJ “Le-Mans”ı məğlub etdi
  • Fransa L.1
  • 01:23 11.10.2026
PSJ “Le-Mans”ı məğlub etdi
“Lans” “Lion”u məğlub etdi
  • Fransa L.1
  • 01:14 10.10.2026
“Lans” “Lion”u məğlub etdi