3 sentyabr 2026. Cümə axşamı

Luis Enrike “Liverpul”a keçən Barkola ilə bağlı danışdı


Luis Enrike “Liverpul”a keçən Barkola ilə bağlı danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Bredli Barkolanın “Liverpul”a transferini şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssisin sözlərinə görə, fransalı futbolçu daha çox oyun vaxtı qazanmaq və komandada daha önəmli rol oynamaq istədiyi üçün PSJ-dən ayrılmaq qərarına gəlib.

“O, daha çox oyun vaxtı almaq və daha əhəmiyyətli rol oynamaq istədiyi üçün getmək qərarına gəldi. Lakin mən heç bir futbolçuya bunu zəmanət verə bilmərəm. Hər şey məşqlərdə və oyunlarda qazanılmalıdır.

Bredli komanda üçün çox vacib futbolçu idi və komanda yoldaşları onu sevir. Onun ayrılması hamımız üçün asan deyil, çünki Barkola möhtəşəm insandır. Mən onun haqqında həmişə yalnız yaxşı fikirlər səsləndirmişəm.

Gələcəkdə komandadan önəmli futbolçuların ayrılması normal haldır. Həyat belədir və bunu qəbul etmək lazımdır”, – deyə Enrike bildirib.

Qeyd edək ki, Luis Enrike daha əvvəl “Qızıl top” mükafatı ilə bağlı da fikirlərini açıqlamışdı.







Fransa L.1