- Fransa L.1
- 00:10 04.09.2026
PSJ-nin baş məşqçisi Luis Enrike “Qızıl top” mükafatının bu il hansı futbolçuya verilməli olduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis hesab edir ki, nüfuzlu fərdi mükafat Paris klubunun futbolçularından birinə təqdim edilməlidir.
“Qızıl top”u PSJ-nin futbolçusu qazanmalıdır”, – deyə Enrike bildirib.
Qeyd edək ki, PSJ ötən mövsüm Fransa çempionu olub, ölkə kubokunu qazanıb və Çempionlar Liqasının finalında “Arsenal”ı məğlub edib. Paris klubunun bir neçə futbolçusu “Qızıl top”a namizədlər sırasında yer alır. Onların arasında Xviça Kvaratsxeliya da var.
PSJ yeni mövsümə isə uğursuz başlayıb. Komanda Fransa çempionatının ilk iki turunda cəmi 2 xal toplayıb və turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.