- Fransa L.1
- 00:10 04.09.2026
PSJ Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq üçün danışıqları sürətləndirməyə çalışır.
90deqiqe.Az-ın “L'Equipe”yə istinadən məlumatına görə, Paris klubu gürcü futbolçu ilə yeni sözləşmənin şərtlərini oktyabrın 26-dək razılaşdırmaq niyyətindədir. Həmin gün “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçiriləcək.
PSJ rəhbərliyi hesab edir ki, Kvaratsxeliya mükafatı qazansa və ya səsvermənin yekunlarına əsasən ilk üçlükdə yer alsa, futbolçunun maaş tələbləri arta bilər. Bu səbəbdən klub yeni müqaviləni mərasimdən əvvəl imzalamağa çalışır.
Qeyd edək ki, Xviça Kvaratsxeliya ötən mövsüm PSJ-nin Çempionlar Liqasını qazanmasına böyük töhfə verib və turnirin ən yaxşı futbolçusu seçilib.