- Fransa L.1
- 00:10 04.09.2026
PSJ-nin baş məşqçisi Luis Enrike yeni mövsümün startında komandasının heyətinin gücü barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandanın əsas futbolçularını qoruduğunu və heyətə təcrübəli gənc oyunçuların cəlb edildiyini bildirib.
“Bizim fantastik komandamız var. Çempionlar Liqasının finalında iştirak edən əsas futbolçuları itirməmişik. Eyni zamanda, təcrübəli gənc oyunçularla heyətimizi gücləndirmişik. Bu cür kombinasiya uğur gətirə bilər. Lakin hər şeyi meydanda sübut etmək lazımdır. Təvazökarlığımızı qorumaq vacibdir. Bilirik ki, əvvəlki mövsümlərdə olduğu kimi, bu mövsüm də çətin olacaq”, – deyə Enrike mətbuat konfransında bildirib.
Qeyd edək ki, Liqa 1-in III turu çərçivəsində Paris təmsilçisi doğma meydanda “Monako”nu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə şənbə gününə keçən gecə saat 00:05-də başlayacaq.