4 sentyabr 2026. Cümə

“Lion”dan “Oser” üzərində inamlı qələbə


“Lion”dan “Oser” üzərində inamlı qələbə

Fransa Liqa 1-də III turun oyunları çərçivəsində “Lion” doğma meydanda “Oser”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, bu gün keçirilən qarşılaşmada meydan sahibləri 3:1 hesabı ilə qalib gələrək aktivlərinə üç xal əlavə ediblər.

“Lion” 28-ci dəqiqədə hesabı açıb. Ernest Nuamanın məhsuldar ötürməsindən sonra Feliks Baher fərqlənib.

Bir neçə dəqiqə sonra “Toxucular” ikinci qolu vurublar. Bu dəfə Luay Opendanın ötürməsini Zakari Ategame dəqiq zərbə ilə tamamlayıb. İlk hissənin 42-ci dəqiqəsində “Oser” fərqi minimuma endirib.

Oyunda son nöqtəni isə 53-cü dəqiqədə Ernest Nuama qoyub. Qarşılaşmanın qalan bölümündə hesab dəyişməyib və “Lion” 3:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra “Lion” 7 xalla turnir cədvəlindəki mövqeyini möhkəmləndirib. Komanda mövsümdə iki qələbə qazanıb, bir dəfə isə heç-heçə edib.

“Oser” isə üçüncü turdan sonra xalsız qalıb. Komanda keçirdiyi hər üç oyunda məğlub olub.







Fransa L.1