5 sentyabr 2026. Şənbə

PSJ Luis Enrike ilə müqaviləni uzatdı


PSJ Luis Enrike ilə müqaviləni uzatdı

Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqaviləni yeniləyib.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, ispaniyalı mütəxəssislə yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Bundan başqa, PSJ bir sıra futbolçularla da müqavilələrin müddətini uzadıb. Lukas Beraldo, Sennı Mayulu, Joau Neveş və Vilyan Paço ilə yeni sözləşmələr 2031-ci ilə qədər qüvvədə olacaq.

Fabian Ruiz isə Paris klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.

Luis Enrikenin rəhbərliyi altında PSJ ardıcıl iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Paris təmsilçisi bundan əvvəl bu turnirdə heç vaxt çempionluq yaşamamışdı.

Qeyd edək ki, 54 yaşlı ispaniyalı mütəxəssis “PSJ”yə 5 iyul 2023-cü ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç mövsüm ardıcıl Fransa çempionu olub.

PSJ 2026/27 mövsümündə Liqa 1-də keçirdiyi ilk iki turdan sonra 2 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.







Fransa L.1

 “O, mənim üçün ata kimidir”
  • Fransa L.1
  • 23:55 04.09.2026
“O, mənim üçün ata kimidir”