5 sentyabr 2026. Şənbə

PSJ beş futbolçusu ilə müqaviləni uzatdı


PSJ beş futbolçusu ilə müqaviləni uzatdı

Fransanın PSJ klubu beş futbolçusu ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Paris təmsilçisi yarımmüdafiəçilər Lukas Beraldo, Sennı Mayulu, Joau Neveş, Fabian Ruiz və müdafiəçi Vilyam Paço ilə müqavilələrin müddətinin uzadıb.

Mayulu, Beraldo, Paço və Neveşin yeni sözləşmələri 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Fabian Ruiz isə Paris klubu ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb.

Qeyd edək ki, PSJ cari mövsümə UEFA Super Kubokunu qazanmaqla başlayıb. Luis Enrikenin komandası finalda İngiltərənin “Aston Villa” klubunu 2:1 hesabı ilə məğlub edib.

Daha sonra Fransa Super Kuboku uğrunda keçirilən qarşılaşmada Paris təmsilçisi “Lans”a 0:1 hesabı ilə uduzub.

PSJ Liqa 1-də mövsümün ilk iki oyununda isə “Renn” (2:2) və “Lill” (2:2) ilə heç-heçə edib.







Fransa L.1

 “O, mənim üçün ata kimidir”
  • Fransa L.1
  • 23:55 04.09.2026
“O, mənim üçün ata kimidir”