5 sentyabr 2026. Şənbə

“O, mənim üçün ata kimidir”


 “O, mənim üçün ata kimidir”

PSJ-nin yeni transferi Ferran Torres komandanın baş məşqçisi Luis Enrike barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçunun Enrikenin onun karyerasında xüsusi rol oynadığını bildirib:

“Enrike mənim üçün ata kimi olub. Bu, milli komandada oynamağa başladıqdan sonra baş verdi. O, həmişə mənə güvənib. İndi də mənə inanır və “PSJ”yə dəvət edib. Bu məşqçi məndə özünəinam yaradır. Mən də onun etimadını doğrultmaq istəyirəm”, - deyə futbolçunun sözlərini “AS” yayıb.

Qeyd edək ki, 26 yaşlı hücumçu “Barselona”dan Paris klubuna transfer olunub.

Ferran Torresin transferi “PSJ”yə 48,5 milyon avroya başa gəlib. İspaniyalı hücumçu Paris klubu ilə 2031-ci il iyunun sonuna qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb.







Fransa L.1

 “O, mənim üçün ata kimidir”
  • Fransa L.1
  • 23:55 04.09.2026
“O, mənim üçün ata kimidir”