5 sentyabr 2026. Şənbə

“Monako” PSJ-ni məğlub edib


“Monako” PSJ-ni məğlub edib

Fransa Liqa 1-də 2026/27 mövsümünün III turunun son oyununda PSJ ilə “Monako” üz-üzə gəlib.

90deqiqe.Az  xəbər verir ki, Parisdəki “Park de Prens” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Jerom Brizar idarə edib.

PSJ 31-ci dəqiqədə hesabı açıb. Xviça Kvaratsxeliyanın cinahdan ötürməsindən sonra komandanın kapitanı Markinyos topu sinəsi ilə tora göndərib.

“Monako” 58-ci dəqiqədə hesabı bərabərləşdirib. Qonaqların müdafiəçisi Flavio Nazinyo qapı meydançasında başla dəqiq zərbə endirib.

“Monako” 72-ci dəqiqədə ikinci qolu vuraraq hesabda önə keçib. Aleksandr Qolovinin ötürməsindən sonra Stanis İdumbo yaxın küncə dəqiq zərbə endirib.

Beləliklə, “Monako” üç turdan sonra maksimum nəticə göstərərək 9 xalla turnir cədvəlinə başçılıq edir. PSJ isə üç oyunda cəmi 2 xal toplayıb və 12-ci pillədə qərarlaşıb.

PSJ – “Monako” 1:2

Qollar: Markinyos, 31 – Flavio Nazinyo, 58; Stanis İdumbo, 72.







Fransa L.1

“Monako” PSJ-ni məğlub edib
  • Fransa L.1
  • 01:06 05.09.2026
“Monako” PSJ-ni məğlub edib
 “O, mənim üçün ata kimidir”
  • Fransa L.1
  • 23:55 04.09.2026
“O, mənim üçün ata kimidir”