- Fransa L.1
- 01:21 05.09.2026
PSJ Fransa çempionatının cari mövsümünə uğursuz start verib.
90deqiqe.Az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi Paris təmsilçisi ilk iki turda heç-heçə edib (2:2). Maraqlıdır ki, PSJ hər iki qarşılaşmada hesabı yalnız matçın sonlarında bərabərləşdirə bilib.
“Monako” ilə görüşdə də parislilər üçün vəziyyət yaxşı deyil. PSJ hesabı açsa da, daha sonra qapısında iki qol görüb.
PSJ 2005-ci ilin əvvəlindən bəri ilk dəfə Liqa 1-də ardıcıl dörd oyunda iki və ya daha çox qol buraxıb. Bu seriya ötən mövsümün son turunda “Paris”ə 1:2 hesablı məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, PSJ ötən mövsüm Liqa 1-in qalibi olub. Paris klubu ikinci pillədə qərarlaşan “Lans”ı 6 xal qabaqlayıb. “Monako” isə çempionatı 7-ci pillədə başa vurub.