6 sentyabr 2026. Bazar günü

Fabian Ruis “Qızıl top”a layiq olduğunu düşünür


Fabian Ruis “Qızıl top”a layiq olduğunu düşünür

İspaniya millisinin və Fransanın PSJ klubunun yarımmüdafiəçisi Fabian Ruis ötən mövsümün ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq olduğunu düşünür.

90deqiqe.Az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə “Telefoot”a açıqlamasında danışıb.

“Komanda səviyyəsində hər şeyi qazandım! Gördüyüm bütün işlərdən sonra mənə yalnız fərdi mükafat - “Qızıl top” çatmır. Bu mükafat mənə layiq olduğum tanınmanı qazandırardı”, - deyə Ruis bildirib.

Qeyd edək ki, Fabian Ruis ötən mövsüm PSJ-nin heyətində UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin Fransa çempionluğunu qazanıb. O, İspaniya millisinin heyətində isə dünya çempionu tituluna yiyələnib.

Ruis ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Dünya çempionatında isə 8 matçda iştirak edən yarımmüdafiəçi 1 qolla yadda qalıb.







Fransa L.1

“Monako” PSJ-ni məğlub edib
  • Fransa L.1
  • 01:06 05.09.2026
“Monako” PSJ-ni məğlub edib
 “O, mənim üçün ata kimidir”
  • Fransa L.1
  • 23:55 04.09.2026
“O, mənim üçün ata kimidir”