- Fransa L.1
- 15:45 06.09.2026
“Qızıl top”un 1999-cu il üzrə qalibi, Braziliya millisinin, “Milan” və “Barselona”nın sabiq yarımmüdafiəçisi Rivaldo PSJ-nin qapıçısı Matvey Safonovu Rusiya futbolçuları arasında əsas fərdi mükafata ən real namizəd hesab etdiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "TASS" Rivaldonun sözlərini belə çatdırıb.
“Düşünürəm ki, PSJ-nin qapıçısı Matvey Safonov Rusiya futbolçuları arasında “Qızıl top”a sahib olmağa yaxın ola bilər”, - deyə braziliyalı əfsanə bildirib.
Qeyd edək ki, Matvey Safonov 2024-cü ilin yayından PSJ-nin formasını geyinir. Rusiya millisinin qapıçısı Paris klubunda keçirdiyi iki mövsümdə iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
2026-cı ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin 30 nəfərlik yekun siyahısı sentyabrın 8-də açıqlanacaq. Mükafatlandırma mərasimi isə oktyabrın 26-da keçiriləcək.