13 sentyabr 2026. Bazar günü

“Monako” səfərdə xal itirdi


“Monako” səfərdə xal itirdi

Fransa Liqa 1-də şənbə günü keçirilən qarşılaşmada “Strasburq” doğma meydanda “Monako”nu qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın ilk hissəsində hər iki komanda hücumlar təşkil etsə də, hesabı açmaq mümkün olmayıb.

İkinci hissənin əvvəlində isə hesab dəyişib. 48-ci dəqiqədə “Monako”nun müdafiəçisi Sadu Sane topu öz qapısına göndərərək “Strasburq”u hesabda önə keçirib.

Buraxılan qoldan sonra qonaqlar hesabı bərabərləşdirmək üçün irəli atılıblar. “Strasburq” isə daha çox müdafiəyə çəkilərək hesabı qorumağa çalışıb.

Lakin meydan sahibləri görüşün sonlarında qələbəni əldən veriblər. “Monako”nun hücumçusu Paris Brunner matçın son dəqiqələrində fərqlənərək hesabı 1:1 edib və komandasını məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra “Monako”nun aktivində 10 xal var. “Strasburq” isə 4 turdan sonra 7 xal toplayıb.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi
“Monako” PSJ-ni məğlub edib
  • Fransa L.1
  • 01:06 05.09.2026
“Monako” PSJ-ni məğlub edib
 “O, mənim üçün ata kimidir”
  • Fransa L.1
  • 23:55 04.09.2026
“O, mənim üçün ata kimidir”