- Fransa L.1
- 01:20 14.09.2026
Fransa Liqa 1-in IV turunda “Brest” və PSJ komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, “Fransisk-Le Ble” stadionunda keçirilən qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.
PSJ-yə qələbə qazandıran yeganə qolu görüşün 5-ci dəqiqəsində hücumçu Ferran Torres vurub.
Qeyd edək ki, PSJ-nin qapısını qoruyan rusiyalı qapıçı Matvey Safonov bu mövsüm ilk dəfə Liqa 1-də qapısını toxunulmaz saxlayıb.
Bu nəticədən sonra hər iki komandanın hesabında 5 xal var. PSJ turnir cədvəlində 7-ci, “Brest” isə 9-cu pillədə qərarlaşıb.
Fransa çempionatının növbəti turunda “Brest” sentyabrın 20-də səfərdə “Oser”lə, PSJ isə eyni gün doğma meydanda “Marsel”lə qarşılaşacaq.