16 sentyabr 2026. Çərşənbə

“Lans” baş məşqçisi ilə yollarını ayırdı


“Lans” baş məşqçisi ilə yollarını ayırdı

Fransanın “Lans” klubu baş məşqçisi Dino Toppmöllerlə yollarını ayırıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Dino Toppmöller 2026-cı ilin iyununda “Lans”ın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə Fransa Superkubokunun qalibi olub.

Bununla belə, “Lans”ın Liqa 1-də çıxışı uğurlu alınmayıb. Komanda çempionatın ilk dörd turunda cəmi 4 xal toplayıb və turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

“Lans”ın növbəti oyununa komandanı Yannik Cahuzac hazırlayacaq. Fransa təmsilçisi sentyabrın 18-də Liqa 1-in lideri “Monako” ilə qarşılaşacaq.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi