19 sentyabr 2026. Şənbə

Dembele “Qızıl top”un favoritini açıqladı


Dembele “Qızıl top”un favoritini açıqladı

PSJ-nin hücumçusu Usman Dembele bu il “Qızıl top” mükafatını kimin qazanmalı olduğu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu özü barədə danışmaqdan çəkinərək Xviça Kvaratsxeliyanı favorit göstərib.

“Şəxsən mən diqqəti üzərimə çəkməyi və mükafatlara namizədliyimi irəli sürməyi sevmirəm. Bunu etmək mənim üçün çətindir. Mənim üçün ən vacib olan meydanda komanda yoldaşlarımla yaşadığım anlar, qazandığımız titullar, ailəm, yaxınlarım və bütün PSJ ilə birlikdə keçirdiyimiz sevinc dolu anlardır. Bunlar həqiqətən ən gözəl anlardır”, - deyə Dembele “Ligue 1+” platformasına müsahibəsində bildirib.

Fransalı hücumçu “Qızıl top” üçün isə Kvaratsxeliyanın adını çəkib:

“Mənim üçün hazırda dünyanın ən yaxşı futbolçusu Kvaratsxeliya hesab olunur. Onun “Qızıl top”u qazanmasına çox sevinərdim, çünki o, buna həqiqətən layiqdir. Möhtəşəm mövsüm keçirib və bütün göstəricilərə görə bu mükafata layiqdir”.

Qeyd edək ki, Dembele “Qızıl top”un hazırkı sahibidir. Bu il mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi