19 sentyabr 2026. Şənbə

“Monako” “Lans”ı məğlub edərək liderliyə yüksəldi


“Monako” “Lans”ı məğlub edərək liderliyə yüksəldi

Fransa çempionatının 5-ci turunda “Monako” doğma meydanda “Lans”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Monako” ilk hissədə hesabı açıb. 32-ci dəqiqədə Paris Brunner Matiss Ablinin ötürməsindən sonra fərqlənib. Komandalar fasiləyə “Monako”nun minimal üstünlüyü ilə yollanıblar.

İkinci hissədə “Lans” hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Florian Tovenin ötürməsindən sonra Matye Yudol fərqlənib.

Qarşılaşmanın taleyini isə avtoqol həll edib. “Lans”ın futbolçusu Conatan Qradi topu öz qapısına göndərib və “Monako” qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Monako” Liqa 1-in turnir cədvəlində liderliyə yüksəlib. “Lans” isə 4 xalla 10-cu pillədə qərarlaşıb.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi