- Fransa L.1
- 22:33 21.09.2026
PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri zədə səbəbindən Fransa millisinin qarşıdakı toplanışında iştirak edə bilməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Fransa millisinin məşqçilər korpusu məlumat yayıb.
Zair-Emery son olaraq “Marsel”lə matçda sağ cinah müdafiəçisi mövqeyində çıxış edib. Futbolçu qarşıdakı beynəlxalq fasilədən yararlanaraq yarımmüdafiədə özünü göstərməyi planlaşdırırdı. Zinəddin Zidanın da onu orta xəttdə oynatmaq istədiyi bildirilir.
Zədələnən futbolçunun əvəzinə Fransa millisinin baş məşqçisi PSJ-nin digər yarımmüdafiəçisi Maqnes Akliuşu heyətə dəvət edib.
Qeyd edək ki, daha əvvəl Robin Risser də zədə səbəbindən milli komandanın düşərgəsindən ayrılıb. Onu Jan Bütez əvəzləyib.
Fransa Millətlər Liqasında Türkiyə, Belçika və İtaliya ilə qarşılaşacaq. Oyunlar sentyabrın sonu – oktyabrın əvvəlində keçiriləcək.