24 sentyabr 2026. Cümə axşamı

Fransa məhkəməsindən Həkimi ilə bağlı qərar


Fransa məhkəməsindən Həkimi ilə bağlı qərar

Fransanın Kassasiya Məhkəməsi PSJ və Mərakeş millisinin müdafiəçisi Əşrəf Həkiminin şikayətini təmin etməyib.

90deqiqe.Az-ın “AJEL”ə  istinadən məlumatına görə, məhkəmə futbolçunun işi üzrə məhkəmə araşdırmasına cəlb olunması ilə bağlı qərarı qüvvədə saxlayıb.

Hadisə ilə bağlı 24 yaşlı qadın 2023-cü ilin fevralında polisə müraciət edərək Həkimini onu zorladığını iddia edib. Məlumata görə, qadın futbolçu ilə həmin ilin yanvarında sosial şəbəkələr vasitəsilə tanış olub.

Bu ilin iyununda Versal Apellyasiya Məhkəməsi işin Həkiminin məhkəmə qarşısına çıxarılması barədə qərar qəbul edib. Futbolçu həmin qərardan Fransanın Kassasiya Məhkəməsinə şikayət verib. Lakin ali instansiya onun müraciətini rədd edib.

Qeyd edək ki, Əşrəf Həkimi prosesin əvvəlindən ona qarşı irəli sürülən ittihamı rədd edir.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi