9 noyabr 2026. Bazar ertəsi

Fabian Ruiz “Qızıl top”a ümidini açıqladı


Fabian Ruiz “Qızıl top”a ümidini açıqladı

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz “Qızıl top” mükafatına namizədliyi və şansları barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “AS” nəşri ispan futbolçunun dediklərini belə çatdırıb.

“Klub səviyyəsində ən çox titul qazanan futbolçu oldum. Niyə “Qızıl top” haqqında xəyal etməyim ki? Bu mövsümdən və əldə etdiklərimdən çox razıyam. PSJ-də və milli komandada özümü vacib futbolçu kimi hiss edirəm. Bu, futbolçu üçün çox önəmlidir. Göstərdiyim əməyin qiymətləndirilməsindən məmnunam. İndi ümid edirəm ki, mümkün qədər yüksək pillədə qərarlaşacağam. Niyə “Qızıl top” haqqında xəyal etməyim ki?”

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. PSJ-dən Fabian Ruizlə yanaşı, daha 9 futbolçu da mükafata namizədlər siyahısına daxil edilib.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:02 08.11.2026
PSJ-yə bir qol bəs etdi
Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”