25 sentyabr 2026. Cümə

Xviça Kvaratsxeliya “Qızıl top” mübarizəsindən danışdı


Xviça Kvaratsxeliya “Qızıl top” mübarizəsindən danışdı

PSJ və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Qızıl top” uğrunda mübarizəsi barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə,  “The Touchline” 25 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

 “Düşünürəm ki, bu, məndən deyil, qərar verən insanlardan asılıdır. Amma namizədlər arasında yer almağım məni həqiqətən xoşbəxt edir. Bu o deməkdir ki, gördüyüm işlər məni namizəd olmağa və böyük futbolçuların yanında yer almağa imkan verib.

Bununla çox qürur duyuram. Hesab edirəm ki, həyatda və futbolda hər şey mümkündür. Məhz buna görə mən hazırda PSJ-dəyəm. İndi də, gələcəkdə də əlimdən gələnin maksimumunu etməyə çalışacağam”, - deyə Kvaratsxeliya “The Touchline”a açıqlamasında bildirib.

Qeyd edək ki, gürcü futbolçu nüfuzlu mükafatın 30 namizədindən biri olub.

“Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi