15 noyabr 2026. Bazar günü

“Bordo” futbol klubu 1 avroya satılıb


“Bordo” futbol klubu 1 avroya satılıb

Fransanın “Bordo” futbol klubu İngiltərənin investisiya şirkəti “Park Bench” tərəfindən simvolik olaraq 1 avroya satın alınıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, keçmiş prezident Jerar Lopesin şirkəti ilə “Park Bench” arasında klubun təhvil verilməsi ilə bağlı razılaşma əldə olunub. Müqaviləyə əsasən, yeni sahib “Bordo”nun mövcud borclarının ödənilməsini üzərinə götürüb.

Bildirilib ki, klubun fəaliyyətinin bərpası ilə bağlı hüquqi prosedur çərçivəsində yaxın günlərdə “Bordo” rəhbərliyi Yeni Akvitaniya Futbol Liqasının İdarəetməyə Nəzarət üzrə Regional Komissiyasının dinləməsinə çağırılacaq.

Razılaşmanın klubun gələcəyi baxımından mühüm mərhələ olduğu qeyd olunub.

Qeyd edək ki, “Bordo” iyul ayında Fransanın VI Divizionuna göndərilib. Klubun bu qərarla bağlı verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. “Bordo” Fransa çempionatının 6 qat qalibidir və sonuncu dəfə 2009-cu ildə ölkə çempionu olub.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:02 08.11.2026
PSJ-yə bir qol bəs etdi
Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”