- Fransa L.1
- 23:07 09.10.2026
PSJ-nin baş məşqçisi Luis Enrike mövsümdə milli komandaların oyunları ilə bağlı ilk fasilədən sonra məşqlərə qayıtması barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bildirib ki, yüksək səviyyəli məşqçilər hətta uzunmüddətli fasilələr zamanı da komandanın inkişafı barədə düşünməyi dayandırmırlar.
“Məşqçi daha yaxşı olmaq və komandasını inkişaf etdirmək barədə düşünməyi heç vaxt dayandırmır. Bu, uzunmüddətli beynəlxalq fasilələrdə də belədir. Bəzən yüksək səviyyəli məşqçilərin problemi də elə budur: onlar işdən tamamilə uzaqlaşa bilmirlər.
Elə vaxtlar olur ki, növbəti rəqib, onun necə oynayacağı və baş məşqçisinin hansı qərarlar verəcəyi barədə düşündüyün üçün yuxuya gedə bilmirsən. Futbola olan bu qədər güclü bağlılığı bəzən idarə etmək çətin olur”, – deyə Luis Enrikenin sözlərini PSJ-nin rəsmi saytı sitat gətirib.
Qeyd edək ki, oktyabrın 10-da PSJ Fransa çempionatının növbəti turunda öz meydanında “Le Man”la qarşılaşacaq. Paris təmsilçisi hazırda turnir cədvəlində altıncı pillədə qərarlaşıb.