- Fransa L.1
- 23:07 09.10.2026
PSJ-nin yarımmüdafiəçisi Ferran Torres Fransa Liqa 1-də ayın ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçu bu mükafat uğrunda “Monako”nun hücumçusu Paris Brunner və “Paris” klubunun forvardı Lassine Sinayoko ilə mübarizə aparıb.
Qeyd edək ki, 26 yaşlı Torres cari mövsümdə PSJ-nin heyətində beş oyuna çıxıb və Fransa çempionatında dörd qol vurub.
PSJ növbəti matçını oktyabrın 10-da, şənbə günü “Le Man”a qarşı keçirəcək. Liqa 1-də beş turdan sonra Paris təmsilçisi səkkiz xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. PSJ lider “Monako”dan (13 xal) beş xal geri qalır.