10 oktyabr 2026. Şənbə

“Lans” “Lion”u məğlub etdi


“Lans” “Lion”u məğlub etdi

Fransa Liqa 1-in VI turunda “Lans” doğma meydanda “Lion”u qəbul edib.

 90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 36-cı dəqiqədə açılıb. Florian Sotoka “Lans”ı önə keçirib. İlk hissənin qalan dəqiqələrində “Lion” bərabərlik qolunu vurmağa çalışsa da, rəqib müdafiəsini yarmaq mümkün olmayıb.

İkinci hissədə meydan sahibləri üstünlüklərini artırıblar. Matye Yudol 76-cı dəqiqədə fərqi iki topa çatdırıb. Matçda son nöqtəni isə Xalis Mera qoyub.

Qeyd edək ki, “Lans” 84-cü dəqiqədən etibarən Matye Yudolun qırmızı vərəqə alması səbəbindən meydanda 10 futbolçu ilə mübarizə aparıb.







Fransa L.1

“Lans” “Lion”u məğlub etdi
  • Fransa L.1
  • 01:14 10.10.2026
“Lans” “Lion”u məğlub etdi