- Fransa L.1
- 01:36 11.10.2026
Fransa Liqa 1-in 6-cı turunda PSJ doğma meydanda “Le-Mans”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 19-cu dəqiqədə açılıb. PSJ-nin müdafiəçisi Lukas Beraldo penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.
İkinci hissənin 54-cü dəqiqəsində “Le-Mans”ın hücumçusu Lui Mafuta havadan zərbə ilə hesabı bərabərləşdirib. Lakin parislilər tezliklə yenidən üstünlüyü ələ alıblar. Görüşün 61-ci dəqiqəsində Xviça Kvaratsxeliya PSJ-ni önə keçirib. 68-ci dəqiqədə isə komandanın yeni transferi Maqnes Akliuş üçüncü qolu vurub.
Matçın 90+3-cü dəqiqəsində PSJ-nin hücumçusu Dezire Due penaltidən yararlana bilməyib.
Beləliklə, PSJ mövsümdə qazandığı xalların sayını 11-ə çatdıraraq turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. “Le-Mans” isə 6 xalla 12-ci yerdə qərarlaşıb.