11 noyabr 2026. Çərşənbə

“Monako” “Tuluza” ilə heç-heçə etdi


“Monako” “Tuluza” ilə heç-heçə etdi

Fransa Liqa 1-in 6-cı turunda “Monako” doğma meydanda “Tuluza” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Lui II” stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesab 29-cu dəqiqədə açılıb. “Monako”nun yarımmüdafiəçisi Edan Diop Aleksandr Qolovinin ötürməsindən sonra fərqlənərək komandasını önə keçirib. Görüşün 38-ci dəqiqəsində Mattis Ablin meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Lakin ikinci hissədə “Tuluza” hesabı bərabərləşdirməyi bacarıb. Qarşılaşmanın 48-ci dəqiqəsində Kasper Tenqstedt penaltini dəqiq yerinə yetirərək fərqi azaldıb. 59-cu dəqiqədə isə Sion Opponq qonaqların ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 2:2.

Beləliklə, “Monako” altı turdan sonra 14 xalla turnir cədvəlinin lideridir. “Tuluza” isə 6 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Tuluza” növbəti matçını oktyabrın 16-da səfərdə “Le-Mans”a qarşı keçirəcək. “Monako” isə oktyabrın 18-də “Loryan”la üz-üzə gələcək.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:02 08.11.2026
PSJ-yə bir qol bəs etdi
Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”