11 oktyabr 2026. Bazar günü

“Loryan” “Paris”i məğlub etdi


“Loryan” “Paris”i məğlub etdi

Fransa Liqa 1-in 6-cı turunda “Loryan” doğma meydanda “Paris” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini ikinci hissədə vurulan yeganə qol həll edib.

İlk hissədə komandalar fərqlənə bilməyiblər. Fasilədən sonra hücumlarını davam etdirən “Loryan” 68-ci dəqiqədə hesabı açıb. Qaben Bernardo Jan-Viktor Makengonun məhsuldar ötürməsindən sonra topu rəqib qapısından keçirib.

Buraxılan qoldan sonra “Paris” hesabı bərabərləşdirmək üçün hücumlarını artırsa da, qonaqlar buna nail ola bilməyiblər. “Loryan” sonadək minimal üstünlüyünü qoruyaraq üç xal qazanıb.







Fransa L.1

PSJ “Le-Mans”ı məğlub etdi
  • Fransa L.1
  • 01:23 11.10.2026
PSJ “Le-Mans”ı məğlub etdi
“Lans” “Lion”u məğlub etdi
  • Fransa L.1
  • 01:14 10.10.2026
“Lans” “Lion”u məğlub etdi