- Fransa L.1
- 00:48 12.10.2026
Fransa çempionatının VI turunda “Marsel” səfərdə “Trua” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Provans təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədə komandalar fərqlənə bilməyiblər. Fasilədən sonra, 50-ci dəqiqədə Amin Harit “Marsel”i hesabda önə keçirib.
Buraxılan qoldan sonra “Trua” hücumlarını fəallaşdırsa da, qonaqlar boş zonalardan istifadə edərək üstünlüklərini qoruyublar. Qarşılaşmanın sonlarına yaxın “Marsel” penalti zərbəsini dəqiq yerinə yetirən Himad Abdellinin qolu ilə hesab arasındakı fərqi artırıb.
Beləliklə, “Marsel” səfərdə 2:0 hesablı qələbə qazanaraq aktivinə üç xal əlavə edib.