- Fransa L.1
- 22:07 12.10.2026
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa klubunun futbolçuları ilə münasibətlərindən danışıb.
90deqiqe.Az-ın "RMC Sport"a istinadən məlumatına görə, mütəxəssis oyunçuların meydanda müstəqil qərarlar verməsinin vacibliyini vurğulayıb.
“Mən daim göstərişlər verən məşqçi olmaq istəmirəm. Futbolçular oyunu anlamalı, istənilən anda ən düzgün qərarları verməyi və yaranan vəziyyətlərin öhdəsindən gəlməyi bacarmalıdırlar. Hər şeyi yalnız məşqçi həll etməməlidir. Biz birlikdə irəliləyirik”
O, futbolçulara kömək etməyi, onların qarşısına çətin tapşırıqlar qoymağı, hərəkətə keçməyə təşviq etməyi və deyilənlərə reaksiyalarını izləməyi sevdiyini bildirib. Enrikenin sözlərinə görə, bu yanaşma həm müsbət, həm də mənfi nəticələr verə bilər. Baş məşqçi qeyd edib ki, müxtəlif məqamlarda hər bir futbolçuya fərdi yanaşmaq lazımdır.
Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda oktyabrın 14-də səfərdə “Mançester Siti” ilə qarşılaşacaq. Mançesterdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.