- Fransa L.1
- 22:07 12.10.2026
“Lill”in hücumçusu Olivye Jiru karyerasını başa vurmazdan əvvəl “Arsenal”ın ev stadionu “Emireyts”də yenidən oynamaq arzusunda olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “L’Équipe” nəşri fransalı hücumçunun sözlərini belə çatdırıb.
“Bəli, bunu istəyirdim. “Milan”ın Çempionlar Liqasına vəsiqə qazana bilmədiyini bilirdim. Gizlicə yenidən “Emireyts”də oynamağı arzulayırdım və bu baxımdan özümü çox şanslı hesab edirəm”
Jiru “Arsenal”ın heyətində çıxış etdiyi dövrdən çoxlu gözəl xatirələrinin qaldığını da vurğulayıb.
Qeyd edək ki, fransalı futbolçu 2012–2018-ci illərdə London klubunun formasını geyinib.
“Arsenal” və “Lill” komandaları UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda oktyabrın 13-də qarşılaşacaqlar. Londondakı “Emireyts” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.