- Fransa L.1
- 21:29 13.10.2026
“PSJ”nin baş məşqçisi Luis Enrike komandasının qapıçılarını yüksək qiymətləndirib və daha əvvəl Paris klubunda çıxış etmiş Canluici Donnarummanın da səviyyəsini qeyd edib.
90deqiqe.Az-ın məlumatına görə, “RMC Sport” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Bir nömrəli qapıçı “PSJ”nin üç qolkiperidir. Bununla belə, Donnarumma da çox yaxşıdır. Cici komandadan ayrılmaq qərarı verəndə bu, mənim üçün çətin oldu”
Qeyd edək ki, “PSJ”nin qapıçısı Matvey Safonov ilin ən yaxşı qapıçısı mükafatı uğrunda mübarizədə ilk 10 namizəd sırasına daxil olub.
İlin ən yaxşı qapıçısının adı oktyabrın 26-da Londonda keçiriləcək “Qızıl top” mükafatlandırma mərasimində açıqlanacaq. Donnarumma isə mükafata namizədlər siyahısında yer almayıb.